📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzuli Ələkbərovun 5 şirkəti LƏĞV OLUNUR

2022-03-05 17:44:00

Füzuli Ələkbərovun 5 şirkəti LƏĞV OLUNUR

"Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğunu elan edib.

Musavat.com bu barədə  “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Musavat.com