📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzulidə avtomobil traktorla toqquşub, ölən və xəsarət alan var

2021-12-09 22:28:00

Füzulidə avtomobil traktorla toqquşub, ölən və xəsarət alan var

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Həziyev Tahir Misir oğlunun idarə etdiyi “BMV” markalı avtomobil traktorla toqquşub.

Hadisə zamanı sürücü, T. Həziyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Abbasov Ramiz Əlihəd oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Füzuli rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, döş qəfəsinin küt travması və baş-beyin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı o reanimasiya şöbəsinə yerləşdirilib. \\Report