📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzulidə ermənilərin silah anbarı tapıldı: GÖRÜN NƏLƏR VAR - VİDEO

2021-10-30 13:20:00

Füzulidə ermənilərin silah anbarı tapıldı: GÖRÜN NƏLƏR VAR - VİDEO

İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilən ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.