📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzulidə yanğın - 2 helikopter cəlb olunub - Video

2024-07-19 15:44:51

Füzulidə yanğın - 2 helikopter cəlb olunub - Video

Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

qafqazinfo.az