📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzulidə yol-tikintisi zamanı daha bir mina PARTLAMASI

2022-10-08 20:51:00

Füzulidə yol-tikintisi zamanı daha bir mina PARTLAMASI

İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə Hurriyyet.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.