📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

G7 ölkələri Ukraynaya 20 milyard dollara yaxın vəsait ayıracaq

2022-05-20 21:07:00

G7 ölkələri Ukraynaya 20 milyard dollara yaxın vəsait ayıracaq

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 19,8 milyard dollar məbləğində qısamüddətli maliyyə yardımı göstərməyə razılaşıblar.

Bu barədə ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın maliyyə nazirlərinin yekun bəyanatında deyilir. Qeyd olunur ki, pul Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəməyə yönəldiləcək.

“Biz 19,8 milyard dollar büdcə dəstəyini səfərbər etdik... Ukraynaya maliyyə çatışmazlığını aradan qaldırmağa və Ukrayna xalqına əsas xidmətlər göstərməyə davam etməyə köməklik göstərdik. “Biz bu müharibə boyu və ondan sonrakı müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik və lazım gəldikdə daha çox şey etməyə hazırıq”, - məlumatda deyilir. \\Manşet.az