📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

G7 ölkələrindən Trampa çağırış: Müharibəni tez bitir!

2026-03-13 17:27:51

G7 ölkələrindən Trampa çağırış: Müharibəni tez bitir!

G7 ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampı Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı mümkün qədər tez dayandırmağa çağırıblar.

Modern.az xəbər xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, 11 martda telefon danışığı zamanı G7 liderləri Hörmüz boğazından keçən gəmiçilik yollarının "mümkün qədər tez təhlükəsiz" olmasının vacibliyini vurğulayıblar.

Tramp da öz növbəsində boğazdakı vəziyyətin yaxşılaşdığını və ticarət gəmilərinin tezliklə oradan keçə biləcəyini bildirib.