📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gavali Group"a yazılan inzibati protokola baxılacaq tarix açıqlandı

2024-10-12 20:32:01

"Gavali Group" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə oktyabrın 15-də baxılacaq.

Xatırlatma: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. \\Pravda.az