📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

2023-09-16 22:57:41

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Hurriyyet.Az”-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.