📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gədəbəy və Daşkəsənə qar yağıb

2026-04-13 10:01:48

Gədəbəy və Daşkəsənə qar yağıb

Daşkəsən rayonuna qar yağıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, qar əsasən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə və Astaf kimi ucqar kəndlərinə yağıb.

Burada qarın hündürlüyü təxminən 5-6 santimetrə çatır.

İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb.

 

Həmçinin Gədəbəy rayonuna da qar yağıb.

Dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.

Qeyd edək ki, rayon mərkəzində qarın hündürlüyü təxminən 10 santimetrə çatır. Rayonunun digər ucqar kəndlərində qarın hündürlüyü daha artıqdır.

Qarın yağması yollarda heç bir çətinlik yaratmayıb.