Gədəbəydə avtomobil körpüdən aşıb: Xəsarət alanlar var
2024-06-02 19:02:42
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Düzyurd kəndinin girişində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı 1 ailənin 3 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 39 yaşlı Elbəyi Cəfərov, 29 yaşlı Aysel Cəfərova və ailəni 5 yaşlı övladı Kamil Cəfərovdur.
Faktla bağlı araşdırma aparılır.//APA