Gədəbəydə avtomobillər toqquşub, 11 nəfər xəsarət alıb
2023-06-22 23:51:00
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
İki avtomobilin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
\\Report