"Gədəbəydə baş verənlər mütləq ciddi araşdırılmalıdır" - NATİQ CƏFƏRLİ
"Lazımsız və hüquqsuz güc tədbiq edənlər, buna əmr verənlər cəza almalıdırlar!"
"Avropa Birliyi 10-15 il öncə Azərbaycan hökumətinə 3 milyon qrant vermişdi, vəsait polislərin kütləvi aksiyalar zamanı necə davranmalı olduqlarını öyrədən treninqlərə ayrılmışdı". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Bunun mənasız layihələrdən biri olduğunu vurğulayan REAL-ın icra katibinin sözlərinə görə, Gədəbəydə baş verən hadisə ilə nə qədər mənasız olduğunu bir daha gördük: "Etiraz edən sakitcə gedir, müqavimət yox, təhlükə yox, yaşlı xanıma nədən qaz sıxasan ki?! Bu hadisə mütləq ciddi araşdırılmalı, lazımsız və hüquqsuz güc tədbiq edənlər, buna əmr verənlər cəza almalıdırlar!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az