Gədəbəydə evdə güclü PARTLAYIŞ BAŞ VERİB - Yaralanan var
2024-02-13 19:46:58
Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.
Hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.
Kənd sakini, 1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.\\APA