Gədəbəydə evdə partlayış olub, xəsarət alan var
2023-05-24 22:36:00
Gədəbəydə partlayış baş verib.
Hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir.
Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. \\APA