Gədəbəydə hamilə qadın naməlum şəraitdə ölüb
2024-09-10 23:03:59
Gədəbəy rayonunda qadın naməlum səbəbdən dünyasını dəyişib.
"Hurriyyet.az" "Report"a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
Qadının hamilə olduğu, ölüm səbəbinin isə hələ tam məlum olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.