Gədəbəydə minik maşını aşdı, xəsarət alanlar var
2025-02-14 19:31:29
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Hərəkətdə olan "TOFAŞ" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.