"Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir" - ELXAN ŞAHİNOĞLU
"Paşinyan anlayır ki, separatçıların "nümayəndəliyinin" fəaliyyətini qadağan etməsə, bu Azərbaycanla danışıqlara mənfi təsir edəcək"
"Vacib məsələlərdən biri də İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyinin" fəaliyyətini davam etdirməsidir. Həmin "nümayənədlikdə" təxribatçı açıqlamalar verilir, toplantılar keçirilir. "Nümayəndəlikdə" toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun sözlərinə görə, Ermənistan hökuməti həmin "nümayəndəliyi" yanvar ayının əvvəlində qapatmağı planlaşdırır: "Radikal müxalifət "Qarabağ klanı" ilə birgə buna mane olmağa çalışacaq. Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların "nümayəndəliyinin" fəaliyyətini qadağan etməsə, bu Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az