“Gələn dəfə müharibənin qrafikini dəyişməyə çalışaram...” - Zelenskidən İtaliyanın Baş nazirinə irad
2022-02-25 16:48:00
Ukrayna Prezidenti Volodimir Zelenski ilə İtaliyanın Baş naziri Mario Draqi arasında “söz atışması” olub.
AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, Draqi Zelenskidən gileylənib. Səbəb isə o olub ki, əvvəlcədən əldə olunmuş razılaşmaya baxmayaraq, Zelenski bu gün onun telefon zənginə cavab verməyib. Ölkəsi işğalla üz-üzə qalan və hər dəqiqə bunun qarşısını almağa çalışan Zelenski isə Draqinin iradını tənqid edərək, özünün “tvitter” səhifəsində ona belə cavab verib: “Bu gün 10.30-da Çerniqov, Qostomel və Melitopol şəhərləri ətrafında ağır döyüşlər gedib, insanlar həlak olub. Gələn dəfə müharibənin qrafikini dəyişməyə çalışaram ki, Mario Draqiyə konkret vaxtda cavab verə bilim...”
AzPolitika.info