📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gələn həftə "Baktelekom"un bəzi xidmətlərində FASİLƏ YARANACAQ

2022-02-12 00:12:00

Gələn həftə

Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.

Bu Barədə "Bakı Telefon Rabitəsi" MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir.

Məlumata görə, fasilə əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.

Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur. \\Ölkə.Az