"Gələn həftədən Ukraynaya İranın ballistik raketləri atılacaq" - ABŞ rəsmisinin açıqlaması
2024-09-10 17:01:56
Hurriyyet.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə keçirdiyi mətbuat konfransındakı çıxışında İranın Rusiyaya ballistik raket tədarük etməsinin bütün Avropa üçün təhlükəli olduğunu deyib.
Blinken "Fəth-360" ballistik raketlərindən istifadə edilməsini öyrənmək üçün onlarla rusiyalı hərbçinin İranda təlim keçdiyini söyləyib. Blinkenin sözlərinə görə, yaxın həftələrdə Rusiya İrandan aldığı ballistik raketlərdən Ukrayna ilə müharibədə istifadə edəcək.
Hürr Tərcüman