📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək

2023-12-18 10:05:30

Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək

“2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub”.

Hurriyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:

“Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir”.