📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Gələn il humanitar böhran daha da pisləşəcək” – Siyahıda hansı ölkələr var?

2023-12-14 14:28:47

“Gələn il humanitar böhran daha da pisləşəcək” – Siyahıda hansı ölkələr var?

İqlim dəyişikliyi, silahlı münaqişələr, artan borc yükü və beynəlxalq dəstəyin azalması 2024-cü ildə dünyada humanitar böhranları sürətləndirəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-nin Beynəlxalq Xilasetmə Komitəsi (IRC) məlumat yayıb.

IRC-nin məlumatına görə, 20 ölkədə humanitar böhran daha da pisləşəcək

IRC-nin siyahısında birinci yerdə Sudan, ikinci yerdə işğal olunmuş Fələstin əraziləri və Cənubi Sudan gəlir. Həmçinin Asiyadan Myanmar və Əfqanıstan, Yaxın Şərqdən Suriya, Livan və Yəmən, Avropadan Ukrayna, Cənubi Amerikadan Ekvador və Karib hövzəsindəki Haiti də bu siyahıda uer alan ölkələr sırasındadır.

Qeyd olunur ki, bu 20 bölgə dünya əhalisinin təxminən 10 faizini təşkil edir.

azpolitika.info