📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gələn il İranda dəyişiklik dünyanın əsas məsələsi ola bilər" - XAQANİ CƏFƏRLİ

2023-10-06 13:44:51

"Nobel Sülh mükafatının Nərgiz Məhəmmədiyə verilməsi molla rejiminin çöküşünə, İrandakı xalqların öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizyə ciddi təkan verəcək"

"Nobel Sülh mükafatı əslən Güney Azərbaycandan olan hüquq müdafiəçisi, çadranın və ölüm hökmünün ləğvi uğrunda mübarizə aparan Nərgiz Məhəmmədiyə verildi. Nobel Komitəsinin bu qərarını alqışlayıram". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloqun fikrincə, bu hadisə molla rejiminin çöküşünə, İrandakı xalqların öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizyə ciddi təkan verəcək.

Xaqani Cəfərli əlavə edib ki, gələn il İranda dəyişiklik dünyanın əsas məsələsi ola bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az