📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gələn il minimum pensiya nə qədər olacaq?

2023-10-30 11:31:19

Gələn il minimum pensiya nə qədər olacaq?

Azərbaycanda gələn il də minimum pensiyanın 280 manat olması nəzərdə tutulur.

Məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bununla belə, sənədə əsasən, bu il 280 manat pensiya alanlar gələn ildən indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Xatırladaq ki, bu il ölkədə minimum pensiya 280 manatdır. (report)