📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəlin, milli molla olaq - ŞEİR

2023-04-22 10:51:00

Gəlin, milli molla olaq - ŞEİR

Dövləti yada satmayaq,
Gəlin, milli molla olaq.
Hər zaman onu qoruyaq,
Əsgər kimi molla olaq,
Gəlin, milli molla olaq.
Bayragı üç rəngdə bilək,
Hədis deyil, ayə deyək,
Ayı eyni gündə görək,
Xalqa yaxın, həmrəy  olaq,
Gəlin, milli molla olaq.
Haramlara boylanmayaq,
Fırıldağa aldanmayaq,
Hər mollaya inanmayaq,
Özümüz bir molla olaq,
Gəlin, milli molla olaq.
Haqq işdən geri durmayaq,
Haqsıza boyun burmayaq,
Çəkinməyək, utanmayaq,
Xeyir işə yanan olaq,
Gəlin, milli molla olaq.
Dünyanı qara görməyək,
Qara rəngə bürünməyək,
Açıq-saçıq, lüt gəzməyək,
Abırlı-ismətli olaq,
Gəlin, milli molla olaq.
İmkansıza yardım bulaq,
Kimsəsizə kömək duraq,
Zalımın qulağın buraq.
Adil olaq, mömün olaq,
Gəlin, milli molla olaq.

ŞAMİL

22.04.2023