📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəmi qəzasına görə daha bir azərbaycanlı SAXLANILDI

2026-11-26 22:16:40

Gəmi qəzasına görə daha bir azərbaycanlı SAXLANILDI

Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

Həmin şəxs gəmi ekipajının keçmiş üzvüdür.

Gəmi qəzasına səbəb olduğu bildirilən çartdağı ilk aşkarlayan, onun fotosunu çəkərək ikinci kapitana göndərən həmin şəxsin 1 gün müddətinə həbsdə saxlanılmasına qərar verilib.

"Report"un əldə etdiyi məlumata görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.

Başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində ittiham maddəsi dəyişdirilib. Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülsə də, bu gün ittiham "adam öldürmə" maddəsi ilə əvəzlənib.//Report