Gəmi yanır - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub
2022-08-02 23:54:00
Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.