📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gənc əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ!

2026-02-12 17:17:12

Gənc əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ!

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir. 

Müdafiə Nazirliyindən "Unikal"a bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.