Gənc həkim xərçəngdən vəfat etdi
2026-11-01 12:11:55
Göyçayda fəaliyyət göstərən 31 yaşlı stomatoloq Orxan Cəfərov xərçəngdən vəfat edib.
Hurriyyet.net xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birində həyatını itirib.
Rayonda diş həkimi kimi tanınan mərhum subay idi. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.