Gənc oğlan bıçaqlandı - Gəncədə qanlı hadisə
2022-04-02 23:44:00
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Nizami rayonunun ərazisndə qeydə alınıb.
Orta yaşlı Elşən adlı şəxs qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyat edilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. \\Bizim.Media