📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gənc oğlanla evləndiyi deyilən Gülüstan Əliyevadan AÇIQLAMA

2023-01-17 22:41:00

Gənc oğlanla evləndiyi deyilən Gülüstan Əliyevadan AÇIQLAMA

Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

Nanəndənin Emin Xıdırov adlı gənclə yayımladığı şəkil birmənalı qarşılanmayıb.

Əliyevanın "Sevilmək sevməkdən gözəldir, öyrəndim…" sözlərinə insanlar müxtəlif şərhlər yazıb. Bir çoxları müğənninin ailə qurmağa hazırlaşdığını, fotodakı şəxslə eşq yaşadığını yazıb.

G.Əliyeva verərək, məsələyə aydınlıq gətirib. O, yazılanlara təəccübləndiyini gizlətməyib:

"Oğlan modeldir, klipimdə çəkilib. Mən də klipdən anons paylaşdım. İnsanlar bilmir ki, nə yazsın". \\Axar