📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gənc şair Həsən Kür özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atdı

2025-02-22 23:40:13

Gənc şair Həsən Kür özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atdı

Gənc şair Həsən Kür intihara cəhd edib.

Hurriyyet.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində qeydə alınıb.

O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.

Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.