📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncə İcra Hakimiyyətindəki otaqlar 8 400 manata icarəyə verilib

2025-01-17 14:48:46

Gəncə İcra Hakimiyyətindəki otaqlar 8 400 manata icarəyə verilib

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati bina idarəsi arasında satınalma müqaviləsi imzalanıb.

Hurriyyet.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otaqlar bir il (2025-ci il) müddətinə "Azərdövlətlayihə” İnstitutuna icarəyə veriləcək.

"Azərdövlətlayihə” İnstitutu Gəncə Şəhər İcra Hakimiyyətinə icarə haqqı olaraq 8 min 400 manat ödəyəcək.

Yeniavaz.com