Gəncə Şəhər Birləşmiş Xəstəxanası 167 MİN MANATLIQ TENDERDƏ QALİBİNİ SEÇDİ
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "Dəftərxana və təsərrüfat malları" ilə bağlı, yəni papka, pozan, ağardıcı və diyircəkli qələmlər almaq üçün elan etdiyi tender başa çatıb. Hurriyyet.az-ın Gəncə müxbiri Azər Allahverdiyevin verdiyi məlumata görə, tenderin qalibi "A4 OFİS" MMC olub. Tərəflər arasında 166.998,32 AZN-lik müqavilə imzalanıb.


167 min AZN-lik tenderə "Ağardıcı qələm tipli qələm, dəftərxana sancağı 25mm, diyircəkli qələm qara, diyircəkli qələm göy, diyircəkli qələm qırmızı, fayl 60 mik 1x100, dələm qədiyyən, papka plastik içdən metal sixaclı , 3s qalınlıqlı, A4 plus forat, pozan" alınması daxildir.
Bildirək ki, "A4 OFİS" MMC-nin qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLU, nizamanamə kapitalı 10 AZN-dir.
Azər Gəncə,
Hurriyyet.az