📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə 15 yaşlı yeniyetmə 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

2026-11-10 14:17:09

Gəncədə 15 yaşlı yeniyetmə 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Hurriyyet.net xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ömər Rzayev binanın 5-ci mərtəbəsindən yıxılıb.

Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.