📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə 16 yaşlı qız ana oldu

2022-04-11 10:21:00

Gəncədə 16 yaşlı qız ana oldu

Gəncədə 16 yaşlı qız ana olub.

Hurriyyet.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, şəhər sakini S.A. (ad soyad şərtidir) Abbas Səhhət adına xəstəxanada doğum edib.

Araşdırmalar zamanı məlum olub ki, qız 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, baş leytenant Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, hazırda qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə tezliklə hüquqi qiymət veriləcək".