Gəncədə 28 yaşlı qadını maşın vurdu
2026-02-18 20:21:31
Gəncədə piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Zərifə Əlimmədovanı maşın vurub.
Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.