Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
2026-10-10 10:41:20
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hurriyyet.net xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Hilal İrzayev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisənin kim və ya kimlər tərəfindən baş verməsi ilə bağlı araşdırma başlanılıb.