📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə 3 mərtəbəli evdə yanğın oldu

2026-08-02 17:11:39

Gəncədə 3 mərtəbəli evdə yanğın oldu

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospektində, 3 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. 

Yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən avtomobil və 30-a yaxın canlı qüvvə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.