📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə 32 yaşlı şəxs güllə yarası aldı - Yenilənib

2026-09-23 22:51:10

Gəncədə 32 yaşlı şəxs güllə yarası aldı - Yenilənib

Gəncədə güllələnmə hadisəsi baş verib.

Hurriyyet.media  xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1994-cü təvəllüdlü Zülfüqar Əsgərov güllə yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

***

32 yaşlı Gəncə şəhər sakini, Z.Əsgərov qohumunun tir tüfəngi ilə ehtiyatsız davranışı nəticəsində xəsarət alıb. 

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.