📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə ağır qəza - İkisi azyaşlı olmaqla üç nəfər xəsarət aldı

2026-10-18 15:11:57

Gəncədə ağır qəza - İkisi azyaşlı olmaqla üç nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Aygül Həsənova, 2023-cü il təvəllüdlü N. Məmmədli və 2021-ci il təvəllüdlü U. Məmmədli xəsarət alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.