📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə ağır qəza: 22 yaşlı gənc öldü

2024-11-13 09:44:01

Gəncədə ağır qəza: 22 yaşlı gənc öldü

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisənin baş verməsinə səbəb "NAZ Lifan" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması olub.

Qəza zamanı Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Elnur Ağayev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az