📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə avtomobil təmir sexində yanğın olub

2024-03-16 22:55:25

Gəncədə avtomobil təmir sexində yanğın olub

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmiri sexlərinin birində yanğın başlayıb.

Hurriyyet.Az report.az-a istinadən bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürlüməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.