📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

2022-11-21 23:48:00

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncə şəhərinin Tağı Arani küçəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"VAZ-2106" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü E.Quliyeva və 1993-cü il təvəllüdlü R.Əliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kafi, digərinin vəziyyəti isə qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır. \\Report