📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə avtomobillər toqquşub, iki yeniyetmə xəsarət alıb

2026-11-22 17:18:59

Gəncədə avtomobillər toqquşub, iki yeniyetmə xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Ford Transit” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 16 yaşlı G.Məmmədova və 14 yaşlı Ə.Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.