📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə bədbəxt HADİSƏ: Övladını məktəbə aparan ananı maşın vurdu

2021-12-13 11:54:00

Gəncədə bədbəxt HADİSƏ: Övladını məktəbə aparan ananı maşın vurdu

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.az-ın verdiyi məlumata görə, hadisə şəhərin N.Gəncəvi prospektində, 6 nömrəli məktəbin yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Aygül Babayeva övladını məktəbə aparmaq istəyərkən avtomobil vurub. Ana və övladı yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə zamanı azyaşlı xəsarət almasa da ana müxtəlif dərəcəli bədən xəsarətləri alıb.