📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - Üçü uşaqdır

2025-04-22 09:23:01

Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - Üçü uşaqdır

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. 

Hurriyyet.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. 

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

Qafqazinfo.az