📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə dava - xəsarət alanlar var

2021-10-27 23:54:00

Gəncədə dava - xəsarət alanlar var

Gəncə şəhərində 2 gənc arasında borc üstdə yaranan mübahisə dava ilə nəticələnib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində, 27-ci küçədə, marketlərin birinin qarşısında qeydə alınıb. Sərxoş vəziyyətdə olan 2 gənc arasında pul üstündə yaranan mübahisə əlbəyaxa dava nəticələnib. Dava zamanı tərəflərdən biri 25 yaşlı E.Hüseynov mübahisə etdiyi şəxs tərəfindən başından və üzündən daşla, sol döş nahiyəsindən kəsici ailətlə xəsarət alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə əlbəyaxa dava zamanı xəsarət alsa da, xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb. \\Report.az