📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə evakuatorun iştirakı ilə zəncirvari qəza olub

2026-01-31 19:01:24

Gəncədə evakuatorun iştirakı ilə zəncirvari qəza olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. "Hyundai "markalı evakuator, "VAZ 2106" və "Changan "markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.